“Geoid-S” şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa, digər normativ-hüquqi aktlara əsaslanaraq beynəlxalq və yerli qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin qiymətləndirilməsi və biznes planların hazırlanması üzrə xidmətlərini təklif edir. Uğurla fəaliyyət göstərən şirkətimizdə yerli və xarici tədris mərkəzlərində təhsil almış və müvafiq sertifikatlara malik peşəkar mütəxəssislərimiz tərəfdaşlarımıza xidmət göstərirlər. Azərbaycanda ilk dəfə olaraq qiymətləndirmə prosesində, habelə müxtəlif metod və yanaşmaların tətbiqi, xüsusi analizlərin aparılması, qiymətləndirmədə müstəsna rol oynayan məkan məlumatlarının nəzərə alınması, rəqəmli xəritələrə əsaslanan məlumat bazasının yaradılması və istifadəsində Coğrafi İnformasiya Sistemlərini tətbiq edirik. Biz müştərilərimizə obyektivlik, operativlik, yüksək keyfiyyət, neytral mövqe, rəqabətli qiymət təklifi nümayiş etdirməklə yanaşı, əmlak üzərində hüquqların dövlət qeydiyyatı, əmlakın alqı-satqısı, kredit götürmək məqsədilə girov qoyulması, icarəyə verilməsi, əmlaka tətbiq olunan vergi dərəcələri, vərəsəlik, əmlakın bölüşdürülməsi, mübahisəli məsələlərin həlli və s. istiqmətlərdə hüquqi məsləhətlər üzrə yardım göstəririk.
Copyright © GEOID-S, Bütün hüquqlar qorunur.