“Geodeziya ölçmələri” şöbəsi çöl-tədqiqat işləri, ölçmələr, ərazi və obyektlər haqqında məlumatların toplanması, emalı və hazırlanması sahələrində tələb olunan bütün işləri yüksək keyfiyyətlə yerinə yetirir. Kompaniya tərəfindən aparılan bütün geodeziya tədqiqat işləri və ölçmələr hal-hazırda qüvvədə olan dövlət və beynəlxalq standartlarına və qaydalarına uyğun olaraq həyata keçirilir. Şöbə topoqrafik ölçmələr (planalma), geodeziya və kadastr ölçmələri, mühəndislik geodeziyası, xüsusi geodeziya tarazlığı, yerin nəzarət nöqtələrinin siqnallaşdırılması və ölçülməsi, nivelir şəbəkəsinin qurulması və tarazlaşdırılması, deformasiya ölçmələrinin yerinə yetirilməsi, yolların və binaların təsviri, yerüstü lazer skanlaşdırılması, texniki inventarlaşdırma, yeraltı və yerüstü kommunikasiyaların təsbit edilməsi, ölçmə məlumatlarının emalı, xəritələşdirilməsi və hesabatların hazırlanması işlərini və xidmətlərini yüksək dəqiqliklə və keyfiyyətlə təmin edir. Sahə komandalarının üzvləri ali təhsilli, peşəkar mütəxəssislər olmaqla yüksək səviyyəli ölçmə cihazları (Trimble – R8 GNSS, Leica FlexLine TS02/09, Total Station GPT-9000A, Nikon, Topcon lazer RL-H4DR, RL-VH4G2 Trimble Recon handheld, GMS – 2 və s.) iş stansiyaları, sahə nəqliyyat vasitələri, habelə digər zəruri avadanlıqlarla təchiz olunub.
Copyright © GEOID-S, Bütün hüquqlar qorunur.